Avropa İttifaqından Qəzza zolağına humanitar yardım elə göstərilməlidir ki, ondan İsrailə qarşı istifadə ehtimalı istisna olunsun. Çexiyanın xarici işlər naziri Yan Lipavski bu barədə Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra jurnalistlərə bildirib.
“Qəzza zolağına humanitar yardımın İsrailə qarşı yeni hücumlar üçün istifadə edilməməsini təmin etmək lazımdır”, – Lipavski bildirib. O vurğulayıb ki, Şuranın iclasında heç kim Qəzza sakinlərinə humanitar yardımın zəruriliyini şübhə altına almayıb. Onun sözlərinə görə, ondan sui-istifadə variantlarını istisna etmək üçün onun çatdırılmasının logistikası hələ də açıq qalır.
Siyasətçinin fikrincə, Həmas oradan qovulanda Qəzza zolağının gələcəyi ilə bağlı müzakirələrə başlamaq lazımdır. (Tass)