Çexiya Prezidenti Petr Pavel 2024-cü ildə Ukrayna münaqişəsində gözlənilən hadisələrlə bağlı fikirlərini bildirib. Seznam Zpravıya verdiyi müsahibədə o, Avropa ölkələrinin ideyalarına uyğun gəlməyən dəyişikliyi proqnozlaşdırıb.
Yeni bir vəziyyət yaranacaq ki, onunla mübarizə aparmalı olacağıq. Dəyişiklik bizim təsəvvür etdiyimiz kimi, olmayacaq, – Pavel bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Rusiyanın ən güclülər sırasında yer aldığı dünya ilə bağlı öz versiyasına sadiqdir, digərləri isə bu reallığı qəbul etməlidir. Çexiya lideri, həmçinin 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Putinlə Donald Trampın qalib gələcəyi təqdirdə arasında razılaşmaların mümkünlüyünü açıqlayıb. Onun fikrincə, bu, Ukrayna və ya Avropanın qalan hissəsi ilə münasibətlərdən asılı olmayaraq, Rusiyanı əsas oyunçu statusuna qaytara bilər. (Nevs.ru)