Çexiya hökuməti ölkənin Slovakiya ilə quru sərhədində qeyri-qanuni qaçqın axını səbəbindən 2023-cü il oktyabrın 4-də müvəqqəti bərpa edilmiş nəzarəti 30 gün müddətinə, fevralın 2-dək uzadıb. Bu barədə Denikn xəbər portalı məlumat yayıb.
Praqa qeyri-qanuni mühacir axınına müqavimət göstərən Polşa ilə yanaşı qonşu respublika ilə də nəzarəti bərpa edib. Varşava bu yaxınlarda Slovakiya ilə sərhəddə yoxlamaları fevralın 1-dək uzadıb.
Çexiya-Slovakiya sərhədində yoxlamaların uzadılması zərurəti, medianın qeyd etdiyi kimi, xüsusən Şengen zonasının digər qonşu dövlətlərinin qeyri-qanuni qaçqın axını səbəbindən quru sərhədlərində nəzarəti genişləndirmələri ilə əlaqədardır. Məsələn, alman polisi Çexiyadan Almaniyaya daxil olanları yoxlayır.
Slovakiya ilə sərhəddə yoxlamalar bərpa olunduqdan sonra Çexiya polisi respublika ərazisindən keçməklə Qərbi Avropa ölkələrinə keçməyə çalışan 2 minə yaxın qeyri-qanuni immiqrantı saxlayıb. Çexiya sərhədinin qanunsuz keçməsini təşkil edən onlarla qaçaqmalçı da saxlanılıb. (Tass)