Çexiyanın baş naziri Petr Fiala israilli həmkarı Benyamin Netanyahu ilə telefon danışığı aparıb və o, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prokurorunun yəhudi dövlətinin hökumət başçısının həbsinə order verilməsi ilə bağlı tələbini müzakirə edib.
“Biz Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun dünənki mübahisəli və anlaşılmaz qərarının nəticələri, həmçinin Qəzzada humanitar vəziyyət və ümumiyyətlə, Yaxın Şərqdəki cari hadisələr haqqında danışdıq”, – Fiala öz səhifəsində yazıb.
Bazar ertəsi Çexiyanın Baş naziri BCM prokurorunun hərəkətlərini tənqid edərək, onları hədsiz və tamamilə qəbuledilməz adlandırıb. (Tass)