Fürsətdən istifadə edərək 2025-2026-cı illər ərzində Somalinin BMT-nin TŞ qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərimi cənab nazirə çatdırmaq istəyirəm.
APA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasından olan həmkarı Əhməd Moallim Fiqi Əhməd ilə Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.
“Bugünkü dialoqumuz çərçivəsində növbəti əməkdaşlıq imkanlarımız barədə fikir mübadiləsi apardıq”, – nazir bildirib.
“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ölkələrinin maraqlarını dünya səviyyəsində çatdırılmasına üzərinə xüsusi bir missiya götürüb. Bu baxımdan, Azərbaycanla Afrika İttifaqı Komissiyası arasında əlaqələrə önəm veririk. Hesab edirik ki, Azərbaycan-Somali əməkdaşlığı buraya xüsusi töhfə verir”.