İyun 18, 2025-14:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov BMT rəsmisi ilə mina təhlükəsi ilə mübarizə səylərində əməkdaşlığı müzakirə edib

2025:04:14 - 14:10
in SİYASƏT
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə mina təhlükəsi ilə mübarizə səylərində əməkdaşlığı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı  Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Azərbaycanın BMT-yə üzv olmasından bəri təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkənin BMT-nin fəaliyyətində aktiv iştirakı, təşkilatın sülhməramlı əməliyyatlarına töhfələrinin təqdirəlayiq olduğu qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib.

Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilində təşkilatla olduqca yaxşı qurulmuş əməkdaşlıq məmnunluqla qeyd edilib, sessiya zamanı əldə olunmuş əhəmiyyətli qərarların, o cümlədən Bakı Maliyyə Məqsədinin qəbul olunmasının vacibliyi diqqətə çatdırılıb.

Azərbaycan vətəndaşlarının həyat və sağlamlıqlarına, öz yurdlarına ləyaqətli qayıdış prosesinə, habelə ölkənin sülh və yenidənqurma səylərinə təhdid törədən mina təhlükəsi ilə mübarizə səylərində, humanitar minatəmizləmə fəaliyyətində əməkdaşlıq və dəstəyin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

ABŞ-İran danışıqlarının növbəti mərhələsi Romada keçiriləcək

Növbəti Yazı

Sabah havanın temperaturu enəcək, leysan yağacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.