İyun 19, 2025-11:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib

2025:01:23 - 16:38
in SİYASƏT
A A

23 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyinə verdiyi töhfələrə görə səfir Cahit Bağcıya təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə müttəfiqliyinin tarixi dönəmlərində səfir kimi fəaliyyətinin yaddaqalan olduğu xüsusilə qeyd olunub.

Azərbaycan-Türkiyə müttəfiqliyinin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə uğurlu inkişafının məmnunluq doğurduğu vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, habelə bir sıra çoxtərəfli formatlar çərçivəsində davamlı dəstək və həmrəyliyimizin əhəmiyyəti qeyd olunub.

Ölkələrimizin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub, bu istiqamətdə, Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub. Ölkəmizin Afrika qitəsində Türkiyə ilə birgə əməkdaşlığı üçün geniş perspektivlərin olduğu bildirilib.

Səfir Cahit Bağcı Türkiyənin qardaş Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurla xatırlayacağını diqqətə çatdıraraq, göstərilən dəstəyə görə təşəkkür edib, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqliyinə əlindən gələn töhfənin verilməsinə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edibCeyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edibCeyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edibCeyhun Bayramov diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Əvvəlki Yazı

Macarıstan “Türk axını” qaz kəmərinin sıradan çıxması ilə bağlı ssenari hazırlayıb

Növbəti Yazı

ASCO ötən il 77 mindən çox avtotexnika və vaqon daşıyıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.