İyun 24, 2025-2:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov: Ermənistandan 21 noyabrda aldığımız sülh paketində müsbət istiqamətdə irəliləyiş var

2023:12:28 - 16:43
in SİYASƏT
A A

“Mənfi ritorika sülh prosesinə ziyanlıdır. Ermənistan tərəfi də ən azı sözdə ifadə etdikləri müsbət müstəvidə inkişafa nail olmaq istəyirsə buna ciddi nəzarət etməlidir”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, qeyri-ardıcıllıq prosesə mənfi təsir edən əsas elementlərdəndir.

“Biz tez-tez mövqenin və yanaşmanın dəyişməsinin şahidi oluruq. Əgər bizim ambisyalarımız varsa, proqnozlaşdırılan, ardıcıl xətt olmalıdır. Biz son zamanlar nikbin mesajlar müşahidə edirik və ümid edirik ki, bu xətt davam edəcək”.

Nazir sülh müqaviləsi ilə bağlı təkliflər paketinin detallarını açıqlamayıb.

“Ermənistan tərəfindən bizə təqdim olunan təkliflər paketi və bizim tərəfimizdən işlənib qaytarılan təkliflər paketinə gəldikdə isə, deyim ki, detallara çox da varmaq istəməzdim. Çünki bu prosesə zərbə vurur. Amma onu deyim ki, fikir ayrılıqları hələ də var. Fikri ayrılıqları olan maddələrin sayında azalma var. 21 noyabrda aldığımız paketdə müsbət istiqamətdə irəliləyiş özünü göstərir. Sülhə nə qədər yaxın və uzaq olduğunu demək çətindir. Hesab edirəm ki, ciddi siyasi iradə olarsa, sülh müqaviləsini qısa müddətdə həll etmək mümkündür. Yox, əksi olarsa, o zaman uzanacaq.”, – nazir vurğulayıb.

Əvvəlki Yazı

Nazir: Azərbaycan-Çin münasibətləri ölkəmiz üçün çox vacibdir

Növbəti Yazı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dövlət sərhədində görüşə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.