May 10, 2025-2:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov İsveçrə səfirinin etimadnaməsinin surətini qəbul edib

2023:10:17 - 15:13
in SİYASƏT
A A

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycanda yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib.

Xarici İşlər Nazirliyindən “Report”a bildirilib ki, görüş zamanı səfir Tomas Ştehli etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət və bir sıra digər sahələri özündə ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin, siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının vacibliyi vurğulanıb.

C.Bayramov ölkəmizin erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi lokal xarakterli anti-terror əməliyyatlarını şərtləndirən amillər, o cümlədən, Ermənistanın son dövrlər Azərbaycana qarşı törətdiyi təxribatlar və ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin yaratdığı təhdidlər barədə qarşı tərəfə məlumat verib və yüksək dəqiqliklə aparılan anti-terror tədbirləri zamanı mülki şəxslərin hədəf alınmadığını bildirib.

Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin reinteqrasiyası istiqamətində müvafiq işlər aparıldığı və bu məqsədlə elektron portal yaradıldığı diqqətə çatdırılıb.

Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin hər hansı bir məcburi yerdəyişmə ilə əlaqədar olmadığı qeyd olunaraq BMT rəsmilərinin bölgəyə son səfərı sonrası verilən açıqlamaların da bunun bariz nümunəsi olduğu bildirilib.

Səfir Tomas Ştehli ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

İlkin Süleymanovun məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb

Növbəti Yazı

“Bayrağımızın Xankəndidə ucaldılması ilə tarixdə Bütöv Azərbaycan təqvimi başladı” – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.