Sentyabr 10, 2025-15:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov Nüvə Enerjisi Sammitində çıxış edib

2024:03:21 - 15:57
in SİYASƏT
A A
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak və çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, çıxış zamanı Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq məsələlərinə toxunulub, eləcə də tədbirin mövzusu üzrə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

Çıxışda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Qlobal Dəyərləndirmə Hesabatında (Global Stocktake) nüvə enerjisinin “istixana qazı emissiyalarını azaltmaq üçün” üsullardan biri kimi əks olunmasının nüvədən təhlükəsiz istifadə istiqamətində göstərilən qlobal səylərin vacib nəticəsi olduğu qeyd edilib.

Bu istiqamətdə AEBA nüvə enerjisinin ətraf mühitə təsirlərini öyrənməyə yönələn fəaliyyətin, o cümlədən “Atoms4Climate” kimi təşəbbüslərin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Nüvə texnologiyalarından istifadə sahəsində AEBA ilə texniki əməkdaşlığın gələcək perspektivlərinə toxunan nazir Ceyhun Bayramov bu istiqamətdə tamamlanma mərhələsində olan AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan üçün nəzərdə tutulan növbəti “Ölkə üzrə Çərçivə Proqramı” çərçivə sənədinin əhəmiyyətindən bəhs edib.

Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən nazir AEBA ilə birgə ölkəmiz üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışdığımızı diqqətə çatdırıb.

Bu sahədə prioritetimizin, nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.

COP29-a sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağımız diqqətə çatdırılıb.

AEBA-nın bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına dair inam ifadə olunub.

Əvvəlki Yazı

Azərbaycan QHT-ləri Metsamor AES-lə bağlı Nüvə Enerjisi Sammitinin rəhbərliyinə açıq məktub ünvanlayıb

Növbəti Yazı

Hikmət Hacıyev: Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.