Mart 14, 2025-2:51
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 7 mart 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.