Çili prezidenti Qabriel Boric ölkəsinin iyulda Braziliyada keçiriləcək BRİKS sammitində iştirak edəcəyini bildirib.
“Braziliya prezidenti Luiz İnasio Lula da Silva bizi keçən il G20 sammitində iştirak etməyə dəvət etdi, bu il də biz BRİKS sammitində iştirak edəcəyik”, – Borik Braziliya lideri ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. (Tass)