Çili sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə mayın 2-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Onun sözlərinə görə, zəlzələ yerli vaxtla saat 14:59-da (Moskva vaxtı ilə 20:59) təxminən 117 min insanın yaşadığı Punta Arenas şəhərindən 521 km cənub-şərqdə baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. (Tass)