Çin ABŞ-ı tərəfləri qarşıdurmaya təhrik etməkdənsə, Ukraynada sülh axtarmağa çağırır. Bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
“Biz həmçinin müvafiq ölkələri obyektivliyi və qərəzsizliyi qorumağa və bunun üçün əlverişli şərait yaratmağa çağırırıq, xüsusən də ABŞ-ı gərginliyi azaltmağa, təxribatlara davam etmək əvəzinə, müharibəni dayandırmaq və sülhü mümkün qədər tez bərpa etmək üçün səy göstərməyə çağırırıq”. (Tass)