Çin hakimiyyəti Avropa İttifaqının Çin şirkətlərinin də daxil olduğu 17-ci anti-Rusiya sanksiyaları paketi ilə bağlı kəskin etirazını bildirir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
“Çin Avropa tərəfinin Çin müəssisələrinə qarşı əsassız sanksiyaları ilə əlaqədar kəskin narazılığını və qəti etirazını bildirir” deyə o, brifinqdə Çin hakimiyyətinin Aİ-nin son məhdudiyyətlərini necə şərh edə biləcəyi ilə bağlı TASS-ın sualını cavablandırarkən vurğulayıb. (Tass)