Çin hakimiyyəti ölkədə cüzam xəstəliyini aradan qaldırmaq üçün geniş plan dərc edib. Bu barədə Çin Xalq Respublikasının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət üzrə Milli İdarəsi məlumat yayıb.
Plana görə, 2030-cu ilə qədər Çində cüzamın 100 min nəfərə 1 hadisədən çox yayıldığı bir ərazi qalmayacaq.
Hesabatda bildirilir ki, Çin 2011-ci ildən 2020-ci ilə qədər cüzamın məhv edilməsi proqramı həyata keçirib və xəstəliyin aradan qaldırılmasında irəliləyiş əldə edib. Rəsmi məlumatlara görə, ölkədə cüzam xəstələrinin sayı qeyd olunan müddətdə yarıbayarı azalıb.
Xəstəliyin yayılmasının daha da azaldılması üçün 2024-2030-cu illər üçün yeni plan qəbul edilib ki, bu plan bütün ölkə üzrə xəstəliyin ötürülməsi ilə mübarizə və onun qarşısının alınmasına yönəlmiş tədbirləri əhatə edir. Yeni plan həmçinin xəstələrin müəyyən edilməsi və müalicənin hədəflənməsi də daxil olmaqla əsas məqsədləri müəyyən edir. (Tass