Cənubi Koreya və Yaponiya qanunvericiləri Tayvan rəhbəri Lai Qingdenin Taybeydə keçirilən andiçmə mərasimində iştirak etdikdən sonra Pekin Seul və Tokioya etiraz edib.
Çinin Seuldakı səfirliyi bildirib ki, Cənubi Koreyalı deputatlardan ibarət nümayəndə heyətinin Tayvana səfəri “vahid Çin” prinsipini və Çin və Cənubi Koreya arasında diplomatik münasibətlər quran kommünikenin ruhunu kobud şəkildə pozur”. “Biz Koreya Respublikasını “vahid Çin” prinsipini dəstəkləməyə, Çinin daxili işlərinə hər hansı müdaxilədən, Tayvanı dəstəkləyən separatçı qüvvələrə hər hansı dəstəkdən çəkinməyə və Çin və Cənubi Koreyanın ümumi maraqlarını qorumaq üçün əməli addımlar atmağa çağırırıq. ”, – deyə məlumatda bildirilir.
Çinin Tokiodakı səfirliyi 30-dan çox deputatın Taybeyə səfərini şərh edərkən, “Yaponiya Tayvanı uzun müddət müstəmləkə edib və Tayvan məsələsində ciddi tarixi məsuliyyətlər daşıyır. O, öz sözlərində və əməllərində daha diqqətli olmalıdır” deyib. Diplomatik nümayəndəlik qeyd edib ki, Yaponiya hökuməti və Tokiodakı “bəzi siyasətçilər” Çinin sərt etirazına məhəl qoymayıb və Tayvan administrasiyasına tamamilə yanlış siqnal göndərib, bununla da Tayvan məsələsində öz öhdəliklərini pozublar. (Tass)