Fələstin Dövlətinin tam müstəqilliyinin təmin edilməsi Yaxın Şərqdə sülhə gətirib çıxaracaq. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fələstin-İsrail münaqişəsinin həllinin əsas yolu iki dövlət həllinin həyata keçirilməsi və Fələstin Dövlətinin müstəqilliyidir”, – XİN-in saytında dərc olunan bəyanatda deyilir . Çin Fələstin və İsrail arasında gərginliyin artmasından dərin narahatdır və bütün tərəfləri sakit və təmkinli olmağa, “dərhal atəşi dayandırmağa, mülki insanları qorumağa və vəziyyətin daha da pisləşməsinin qarşısını almağa” çağırır”, – deyə Çin Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik hesab edir ki, beynəlxalq ictimaiyyət təcili olaraq Fələstin məsələsinə diqqət yetirməli və Fələstin ilə İsrail arasında sülh danışıqlarının tezliklə bərpasına yardım etməlidir.
2012-ci ildə BMT Baş Assambleyası Fələstini BMT-yə üzv olmayan müşahidəçi dövlət kimi tanıyan qətnamə qəbul edib.