Çin əlverişsiz hava şəraiti ilə əlaqədar Qazaxıstandan dəmir yolu ilə yüklərin qəbulunu dayandırıb. Bu barədə Qazaxıstan Dəmir Yolları şirkəti məlumat yayıb.
“ÇXR əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yolu ilə yüklərin qəbulunu dayandırıb. “Dostuk” (Qazaxıstan) və Alaşankou (ÇXR) stansiyalarında son dərəcə əlverişsiz hava şəraiti yaranıb ki, bu da Qazaxıstandan ÇXR-ə yüklərin qəbulunu ləngidir. Xüsusən də Çin taxıldaşıyanları, taxıl yükü və yer məhsulları olan örtülü vaqonları, bitki yağları olan çənləri qəbul etmir.Alaşankou stansiyasında terminalın fəaliyyəti dayandırılıb”, – mətbuat xidmətinin məlumatında deyilir.
Şirkətdən verilən məlumata görə, “yük və konteyner qatarları gözləmə rejimindədir və dekabrın 12-dən 13-nə keçən gecə qatarların hərəkəti tamamilə dayandırılıb”. Hesabatda qeyd olunur ki, orta gündəlik qatar mübadiləsi 5 dəfə azalıb: 15-dən üç qatara endirilib.
Daha əvvəl Sinxua xəbər vermişdi ki, Çin bazar günü qar fırtınaları səbəbindən sarı həyəcan səviyyəsi və soyuq hava şəraiti ilə əlaqədar mavi həyəcan səviyyəsi elan edib. (Tass)