ABŞ milli və kollektiv təhlükəsizlik siyasətində nüvə silahının rolunu azaltmalıdır. Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.
Mao Ning, “Birləşmiş Ştatlar və Yaponiya düşünməli, öz münasibətini tənzimləməli, beynəlxalq nüvəsizləşdirmə və nüvə silahının yayılmaması sistemini sabotaj etməyi dayandırmalı və milli və kollektiv təhlükəsizlik siyasətində nüvə silahının rolunu effektiv şəkildə azaltmalıdır” dedi.
O xatırladıb ki, Birləşmiş Ştatlar nəhəng nüvə arsenalına malikdir, nüvə qüvvələrinin modernləşdirilməsinə böyük sərmayə qoyur və “NATO-nun nüvə ittifaqını gücləndirir.
(Tass)