Çin Fələstinə həm ikitərəfli kanallar, həm də BMT vasitəsilə humanitar yardım göstərməyə davam etmək niyyətindədir. Bunu Çin hökumətinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Jun deyib.
“Çin Qəzza əhalisinin üzləşdiyi humanitar böhranın aradan qaldırılmasına kömək etmək üçün BMT və ikitərəfli kanallar vasitəsilə Fələstinə təcili humanitar yardım göstərib və göstərməyə davam edəcək. Çin Misirin Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdırmaq səylərini yüksək qiymətləndirir və Rəfah keçidinin açılışında Misiri dəstəkləyir- onun, sözləri Çin Mərkəzi Televiziyası tərəfindən sitat gətirilib. (Tass)