Çin iyulun 3-dən 5-dək Şərqi Çin dənizindəki Zhejiang əyalətinin şərqində hərbi təlimlər keçirəcəyini açıqlayıb. Bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir.
Qısa bildiriş naviqasiyaya müvəqqəti qadağanın tətbiq olunduğu manevr sahələrinin koordinatlarını göstərir. Təlimlər iyulun 3-də yerli vaxtla saat 04:00-da (2 iyul Bakı vaxtı ilə 0ö:00) başlayacaq və iyulun 5-də saat 18:00-da (Bakş vaxtı ilə 14:00) başa çatacaq.
Onlara hansı qüvvə və vasitələrin cəlb olunacağı açıqlanmır. (Tass)