Çin alimləri nüvə olmayan hidrogen bombasını uğurla sınaqdan keçiriblər. Bu barədə aprelin 20-də South China Morning Post məlumat yayıb.
“Silah flaşdan 15 dəfə uzun davam edən ağ-qaynar atəş kürəsini yaradır”, – nəşr yazır.
2 kq ağırlığında olan bombanın partlaması nəticəsində iki saniyədən çox davam edən 1 min dərəcədən çox istiliyə malik alov topunun əmələ gəldiyi dəqiqləşdirilir.
Qəzet bildirir ki, qurğu maqnezium hidrid kimi tanınan toz halında olan maddə üzərində işləyir və bu maddə təzyiqli bir çəndən daha çox hidrogen saxlayır.