Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun bildirib ki, Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fələstin-İsrail münaqişəsi zonasında təcili atəşkəs əldə etməyə çağırır. Onun sözlərinə görə, mülki şəxslərin müdafiəsini təmin etmək üçün müvafiq təcili addımlar atılmalıdır.
Biz təcili atəşkəsə çağırırıq. Bu, BMT və humanitar personal da daxil olmaqla, tam, operativ, təhlükəsiz və maneəsiz girişi təmin etmək üçün son dərəcə vacibdir. Biz bütün tərəfləri mülki şəxslərin müdafiəsini təmin etmək üçün hərbi əməliyyatların dayandırılması istiqamətində təcili addımlar atmağa çağırırıq ”, – diplomat bildirib.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsində “ ümumi atəşkəs ” çağırışlarını rədd etməkdə davam edir . Onun sözlərinə görə, Vaşinqton humanitar məqsədlər üçün “müvəqqəti və yerli” atəşkəsdə israrlıdır. (Nevs.ru)