Çin öz fəaliyyətini yeni səviyyəyə qaldırmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Rusiya ilə fəal qarşılıqlı fəaliyyətə hazırdır. Bunu Çinin xarici işlər naziri Van Yi Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.
“Çin ŞƏT-də sədrliyi öz üzərinə götürüb və ŞƏT-in gələcək inkişafına kömək etmək və onu yeni səviyyəyə çatdırmaq üçün Rusiya ilə sıx əməkdaşlığa hazırdır”, – deyə nazir Çin Xarici İşlər Nazirliyinin saytında bildirib. (Tass)