Cənubi Çin dənizində mübahisəli Ren’ai (Ayungin) rifinə bitişik sularda Çin sahil mühafizə gəmisi Filippinin təchizat gəmisi ilə toqquşub. Bu barədə Çin Sahil Mühafizəsi İdarəsi məlumat yayıb.
“İyunun 17-də Filippin təchizat gəmisi qanunsuz olaraq Ren’ai rifinə bitişik sulara daxil olub. Çin Sahil Mühafizəsi qanuna uyğun olaraq Filippin gəmisinə qarşı nəzarət tədbirləri görüb. Yerli vaxtla saat 5:59-da (Bakı axtı ilə 01:59) , Filippin gəmisinin Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara zidd olaraq və suda insidentlərin qarşısının alınması üçün beynəlxalq qaydaları pozaraq Çin naviqasiya gəmisinə təhlükəli və qeyri-peşəkar yanaşması toqquşmaya səbəb olub”, – məlumatda deyilir.
Çin sahil mühafizəsi hadisəni tamamilə Filippin tərəfinin üzərinə atıb. (Tass)