Çin Tayvan məsələsində Rusiyanın güclü dəstəyini hiss edir. Bunu Çin tərəfinin təşəbbüsü ilə videokonfrans vasitəsilə Rusiya hərbi idarəsinin rəhbəri Sergey Şoyqu ilə danışıqlarda Çinin müdafiə naziri Donq Jun deyib.
“Biz Tayvan və əsas maraqlarımızla bağlı digər məsələlərdə Rusiya tərəfinin güclü dəstəyini hiss edirik”.
Eyni zamanda, o qeyd edib ki, “Birləşmiş Ştatlar daima Çin və Rusiyaya nizə ucluqlarını yönəldir, dünyada hegemonluğunu qorumağa çalışır”. “Tarix və reallıq göstərir ki, hegemonluq iflasa uğrayacaq”, – nazir əlavə edib.
Onun sözlərinə görə, Çin və Rusiya “böyük dövlətlərin məsuliyyətlərini birgə daşımalıdırlar”. “Çin-Rusiya strateji əməkdaşlığı dünya sülhünün qorunmasının sütunudur”, – deyə Çinin müdafiə naziri yekunlaşdırıb. (Tass)