Çin hakimiyyəti Britaniya rəhbərliyinə iki ölkə arasında ticarət-iqtisadi münasibətləri qorumaq üçün Çin şirkətlərinə qarşı anti-Rusiya sanksiyalarının tətbiqindən imtina etməyi tövsiyə edir. Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
“Biz Britaniya tərəfini yol verdiyi səhvi dərhal düzəltməyə və Çin-Britaniya ticarət və iqtisadi münasibətlərindəki ümumi vəziyyəti qorumaq üçün Çin müəssisələrini sanksiya siyahısına əlavə etməyi qeyd-şərtsiz dayandırmağa çağırırıq”, – bəyanatda vurğulanır.
Qeyd olunur ki, Londonun birtərəfli fəaliyyəti iki dövlət arasında münasibətlərə mənfi təsir göstərəcək. “Çin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq”, – deyə Ticarət Nazirliyi açıqlayıb. (Tass)