Çin ABŞ prezidenti Donald Trampın tarif siyasətinə qarşı çıxmaq üçün alətlərə malikdir, lakin ABŞ ilə yeni ticarət müharibəsi başlamaq istəmir. Bu fikri TASS müxbirinə Çinin Renmin Universitetinin Çonqyan Maliyyə Tədqiqatları İnstitutunun dekanı Van Ven bildirib.
“Əvvəla, Trampın tarif siyasəti çox axmaqdır. Çox az iqtisadçı razılaşar ki, belə bir tarif siyasəti həqiqətən ABŞ-ı yenidən möhtəşəm edə bilər. Digər tərəfdən onu da deməliyəm ki, Trampın tarif siyasəti Çinin böyüməsini davam etdirməsinə mane ola bilməz” deyən o, Trampın oxşar siyasətlərinin səkkiz il əvvəl iflasa uğradığını və bu dəfə də eyni şeyin olacağını əlavə edib. (Tass)