Çin və Hindistanın müdafiə rəsmiləri qalan sərhəd məsələlərini mümkün qədər tez həll etməyə razılaşıblar. Bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Çin nazirliyinin 20-ci raunddan sonra yaydığı bəyanatda deyilir: “Hər iki tərəf gələcəyə yönəlmiş səmimi və açıq fikir mübadiləsi aparıb, hərbi və diplomatik kanallar vasitəsilə dialoqun sürətini saxlamaq və həll edilməmiş məsələləri mümkün qədər tez həll etmək barədə razılığa gəliblər”.
Müdafiə Nazirliyi bildirib ki, tərəflər Çin-Hindistan sərhədində sülh və əmin-amanlığın qorunması barədə razılığa gəliblər.
Danışıqlar oktyabrın 9-10-da sərhədyanı Çuşul-Moldo rayonunda baş tutub. (TASS)