Çinin xarici işlər naziri Vanq Yi və onun israilli həmkarı Eli Koen telefonla Fələstin və İsrail arasında artan münaqişəni müzakirə ediblər. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onun sözlərinə görə, çinli diplomat eskalasiyadan və çoxsaylı insan tələfatından, eləcə də yaralanan mülki vətəndaşlardan böyük narahatlığını bildirib. “Biz mülki şəxslərə zərər verən hər hansı bir hərəkətə qarşıyıq” deyə Wang Yi bildirib.
O, aydınlaşdırıb ki, istənilən ölkənin müdafiə hüququ var və bu, beynəlxalq hüquq normalarına uyğun təmin edilməlidir. Çin Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, hazırkı vəziyyətdə nəyin bahasına olursa olsun “daha da ciddi humanitar fəlakətin baş verməsinin qarşısını almaq lazımdır”. (Tass)