Çin Amerika seçkilərinə iddia edilən müdaxilə ilə bağlı bəyanatları rədd edir və yalan məlumatların yayılmasına son qoymağa çağırır. Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə bildirib.
“Çin ABŞ seçkilərinə heç vaxt müdaxilə etməyib və müdaxilə etməyəcək” – deyə diplomat qeyd edib.
Bir müddət əvvəl ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Wray bildirib ki, Rusiya, Çin və bəzi digər ölkələr Amerikanın seçki proseslərinə müdaxilə etmək cəhdlərini davam etdirirlər. (Tass)