Çin aktual beynəlxalq məsələlərdə Rusiya və ABŞ arasında əməkdaşlığın artmasından məmnundur. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun brifinqdə Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında bir gün əvvəl baş vermiş telefon danışığını şərh edərkən bildirib.
“Rusiya və ABŞ nüfuzlu böyük ölkələrdir. Çin Rusiya və ABŞ-ın əlaqələri gücləndirməsindən və bir sıra beynəlxalq məsələlər üzrə dialoqu intensivləşdirməsindən məmnundur”, – Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib. (Tass)