Pekin Moldova xalqının seçiminə hörmətlə yanaşır və Çin-Moldova münasibətlərini bundan sonra da inkişaf etdirməyə hazır olduğunu bildirir. Bunu Moldovada keçirilən prezident seçkilərini şərh etmək üçün TASS-ın sorğusuna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq deyib.
“Moldova Çinin dost tərəfdaşıdır, biz Moldova xalqının seçiminə həmişə hörmətlə yanaşırıq”, – deyə o bildirib: “Biz Moldovanın firavan və sabit olacağına ürəkdən ümid edirik”.
O əlavə edib ki, Çin Moldova ilə ikitərəfli münasibətlərin gələcək inkişafına kömək etmək üçün əməkdaşlığa hazırdır.
MSK-nın məlumatına görə, protokolların 99,73 faizi hesablandıqdan sonra prezident seçkilərinin ikinci turunda hazırkı prezident Maia Sandu 55,36 faiz səslə, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 44,64 faiz səslə liderdir. (Tass)