Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, Çində 6,0 bal gücündə zəlzələ baş verib. Onun sözlərinə görə, zəlzələ UTC vaxtı ilə saat 15:59-da (Bakı vaxtı ilə 19:59) qeydə alınıb.
Zəlzələnin episentri üç milyon əhalisi olan Lançjou şəhərindən 102 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə olub. Hələlik mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib. (Nevs.ru)