İyul 8, 2025-10:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti BDU-da olub

2025:06:18 - 15:47
in SOSİAL
A A

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının (ÇXR) Dalian Texnologiya Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı, elmi işlər üzrə dekan müavini Qalib Qafarlı, Dalian Texnologiya Universitetinin CIS Tədqiqat Mərkəzinin direktoru Guo Shuhong, Marksizm İnstitutunun əməkdaşı Diao Xiuhua və İqtisadiyyat bölməsinin müdir müavini Chen Zhen iştirak ediblər.

Görüş zamanı iki universitet arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Qonaqlara BDU-nun tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra Dalian Texnologiya Universitetinin nümayəndələri beynəlxalq əlaqələr sahəsindəki təcrübələrini bölüşüblər. Tərəflər tədris proqramlarının hazırlanması, elmi tədqiqatlar və beynəlxalq layihələr üzrə əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Görüşün sonunda iqtisadiyyat, beynəlxalq münasibətlər, dilçilik və elm-texnologiya sahələrində ortaq layihələrin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili təklif olunub.

1949-cu ildə təsis olunmuş Dalian Texnologiya Universiteti Çin Xalq Respublikasının aparıcı təhsil müəssisələrindən biridir. O, QS Dünya universitetləri reytinqində 448-ci yerdə qərarlaşıb.

Əvvəlki Yazı

Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində anklavda 140-dan çox insanın öldüyünü bildirib

Növbəti Yazı

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.