Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ilə görüşdə sağlam, sabit və qarşılıqlı faydalı Çin-Amerika əlaqələrinin inkişafına çağırıb.
“Hər iki tərəf qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini dəstəkləyərək, iki ölkə başçılarının əldə etdiyi konsensusu həyata keçirməli və Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafına kömək etməlidir”, – Çin Mərkəzi Televiziyası onlardan sitat gətirib.
Sallivanın Çinə səfəri avqustun 29-dək davam edəcək. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin səkkiz illik fasilədən sonra Çinə ilk səfəridir. Bundan əlavə, Sullivan öz vəzifəsində ilk dəfədir ki, Çinə səfər edir.