CNN mənbələrə istinadən xəbər verir ki, Amerika rəsmiləri cümə günü Alyaskada keçirilməsi planlaşdırılan ABŞ-Rusiya sammitinin təfərrüatları üzərində təcili olaraq işləyirlər.
Telekanalın məlumatına görə, görüşə dörd gün qalmış administrasiya rəsmiləri yalnız liderlərin dəqiq harada görüşəcəyini müəyyən etmək üçün Alyaskaya gedirlər. Bundan əlavə, rəsmilər hələ də qarşıdan gələn müzakirələrin konturlarını yekunlaşdırırlar.
Kanal qarşıdan gələn sammiti Trampın şəxsi diplomatiyaya inamının “bu günə qədər ən böyük sınağı” adlandırır. (Tass)