Ağ Ev İranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü ilə bağlı xəbərlərlə tanış olub. Bu barədə CNN televiziya şirkəti məlumat yayıb.
Qeyd olunur ki, Ağ Ev nümayəndəsi televiziya şirkətinə bu məsələ ilə bağlı daha ətraflı məlumat verməkdən imtina edib.
Daha əvvəl “Tasnim” agentliyi Haniyyənin ölüm xəbərini yayıb. Fələstinin radikal HƏMAS hərəkatı bildirib ki , o, İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahına İsrailin basqınında öldürülüb. (Tass)