İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlarda güzəştə açıqdır, lakin uranın zənginləşdirilməsi və dinc nüvə enerjisi məsələsi müzakirə mövzusu deyil. Bunu CNN telekanalına müsahibəsində İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib.
“Əgər [danışıqların] məqsədi İranın nüvə proqramının bir hissəsi kimi silah istehsal etməyəcəyinə dair təminat əldə etməkdirsə, düşünürəm ki, biz bunu çox asanlıqla edə bilərik. Əgər [ABŞ] niyyəti iranlıları dinc nüvə enerjisi hüququndan məhrum etməkdirsə, bu, bütün prosesi şübhə altına alacaq” deyib. (Tass)