İranyönlü qruplar Yaxın Şərqdə yerləşdirilən ABŞ qüvvələrinə qarşı hücumları gücləndirməyi planlaşdırır. Bu barədə CNN Amerika kəşfiyyat cəmiyyətinin məlumatlarına istinadən məlumat yayıb.
CNN-ə müsahibə verən rəsmilərə görə, İraq və Suriyadakı ABŞ bazalarına dəfələrlə pilotsuz təyyarələrlə hücum edən eyni qruplar İsrail-Fələstin münaqişəsi kəskinləşdikcə hücumlarını artıra bilər. Televiziya şirkətinin həmsöhbətləri hesab edirlər ki, Tehran qrupları bu cür fəaliyyətləri həyata keçirməyə təşviq edir, lakin onların həyata keçirilməsi ilə bağlı onlara birbaşa göstərişlər vermir.
Bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton iranyönlü qrupların Amerika hökumət işçilərinə və vətəndaşlarına qarşı hücumları artıra biləcəyindən narahatdır və onları qorumaq üçün bütün tədbirləri görür. (Tass)