İsrailin baş naziri Benyamin Netanyahu Livanda atəşkəslə bağlı şiə təşkilatı Hizbullah ilə razılaşmanı şərti olaraq təsdiqləyib, lakin bir sıra detallar hələ müzakirə olunacaq. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Netanyahu bazar günü axşam müqaviləni “ilkin olaraq təsdiqləyib”, lakin yəhudi dövlətinin səlahiyyətliləri bəzi rəqəmlərə şübhə edir, onlar razılaşdırılmalıdır. (Tass)