Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı “Trump Organization” aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıqla bağlı mülki işdə təqsirli bilib və ona təqribən 355 milyon dollar ödəməyə məhkum edib, CNN xəbər verir.
Bundan əlavə, Trampın Nyu-Yorkda hər hansı korporasiyanın əməkdaşı və ya direktoru kimi fəaliyyət göstərməsi üç il müddətinə qadağan ediləcək. Telekanal hesab edir ki, keçmiş Amerika lideri çox güman ki, bu qərardan apellyasiya şikayəti verəcək. (Tass)