Qəzza zolağında BMT məktəblərinə sığınan 20-dən çox insan İsrailin son zərbələri nəticəsində həlak olub.
Bu barədə CNN BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə baş komissarı Filip Lazzariniyə istinadən məlumat yayıb.
CNN Lazzarinidən sitat gətirib: “Son bir neçə saat ərzində təxminən 20 min insanın yaşadığı üç məktəbimizin zədələndiyi barədə məlumat aldım”. “Bunun Cəbəliyyədə 20-dən çox insanın, eləcə də çimərlik düşərgəsində bir nəfərin (Eş-Şati – TASS qeydi) ölümünə səbəb olduğu bildirilir”. “Bunlar Qəzzanın şimalında bir sıra köçkünləri qəbul etdiyimiz rəsmi UNRWA məktəbləridir” deyib Lazzarini. O vurğulayıb ki, İsrail ordusu onların yerini bilməlidir. (Tass)