Ukrayna ABŞ-ın hərbi yardımını dayandırdıqdan sonra hazırkı döyüş tempini bir neçə həftə və ya bəlkə də yalnız yayın əvvəlinə qədər saxlaya biləcək. Bu barədə CNN-ə bir Avropa rəsmisi bildirib.
Telekanal qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası səlahiyyət müddətinin bitməsinə az qalmış Ukraynaya silah tədarükünü sürətləndirib, ölkəni müasir silahların böyük ehtiyatları ilə təmin edib. Avropa ölkələri Amerika artilleriya təchizatını əvəz edə bilər, lakin Kiyevin istifadə etdiyi ən müasir silahlar ABŞ-dan gəlir, telekanal vurğulayır. (Tass)