İyun 22, 2025-9:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Coğrafiya İnstitutunun əməkdaşları Qəbələdən xoş təəssüratla ayrılıblar

2023:11:13 - 12:04
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun kollektivi Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olub. Səfər çərçivəsində Dövlət Tarix-Bədii Qoruğu, Qəbələ Arxeoloji Mərkəzi və Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Arxeoloji Mərkəzin akt zalında keçirilən tədbirin əvvəlində Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov dahi şəxsiyyət Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, illər bir-birini əvəz etdikcə Ümummilli Liderin şərəfli ömür yolunun xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyyətlər sırasında əlçatmaz, uca və bənzərsiz yeri var. Hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, zamanı qabaqlayan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda, gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb, möhkəmlənib, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurub, bütün sahələrdə uğurlar əldə edib, öz haqqını dünyanın ən ali tribunalarında və təşkilatlarında səsləndirib. Dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə dahi rəhbər Azərbaycanın inkişafına nail olub.

Qeyd olunub ki, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşməni məhv edərək uzun illər işğal altında olan torpaqlarımızı azad etməsi məhz Ulu Öndər Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını və bu müdrik ideyaların Azərbaycan xalqını xoşbəxt gələcəyə apardığını sübut edən mühüm tarixi hadisədir.

Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev çıxışında qeyd edib ki, Ulu Öndərin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətli işlər görülüb. Vurğulanıb ki, bu gün müasir, müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov bildirib ki, Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutub. Ulu Öndər öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və gələcəyə aparan yolları müəyyən edib. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. Vurğulanıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Sonra qonaqlar qoruğun əməkdaşları ilə birgə Arxeoloji Mərkəzin qarşısında ağac əkiblər. Coğrafiya İnstitutunun əməkdaşları Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzindən xoş təəssüratla ayrılıblar.

Əvvəlki Yazı

Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Qəbələdə keçiriləcək

Növbəti Yazı

Şuşa Dövlət Musiqili Dram Teatrı ölkəmizi beynəlxalq teatr festivalında təmsil edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.