COP29 Azərbaycan gənclərinin yalnız yerli ekoloji məsələlərdə deyil, həm də qlobal problemlərin həllində fəal iştirakını nümayiş etdirdi.
Bu fikirləri “Report”a Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.
O xatırldaıb ki, Azərbaycan 2024-cü ildə beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu:
“Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. COP29-da gənclər bir neçə əsas istiqamətlərdə fəaliyyət göstərdilər. Gənclərlər konfrans iştirakçılarına müxtəlif məlumat kitabçaları paylanılmasını, iqlim dəyişmələri ilə bağlı məlumatların yayılmasınını, konfrans zallarında təşkil olunan sərgilərdə Azərbaycan mədəniyyəti və biomüxtəlifliyin təqdimatını təşkil etdirilməsini, iştirakçıların qeydiyyatının aparılmasını və COP29-un əsas mövzularından biri olan “Gənclər və iqlim həlləri” panelində azərbaycanlı gənclər layihələrini təqdim etmişdilər”.
Deputatın sözlərinə görə, gənclərin konfransdakı rolu yalnız texniki dəstəklə məhdudlaşmadı: “Onlar həm də milli pavilyonumuzda Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin həyata keçirdiyi ekoloji layihələri təqdim etdilər. Bu pavilyonda Qarabağ bölgəsində “yaşıl enerji” zonalarının yaradılması, “Ağ şəhər” layihəsi və “Xəzər dənizinin biomüxtəlifliyinin qorunması” kimi təşəbbüslər barədə məlumatlar verdilər. Gənclər bu təqdimatlarda həm təşkilatçı və tədqiqatçı qismində iştirak etdilər”.