May 9, 2025-21:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dərman vasitələrin qiymətlərində yuxarı həddin müəyyənləşməsi rəqabətliliyin artırılmasına xidmət edir

2023:10:19 - 16:00
in SOSİAL
A A

Azərbaycan Respublikası Prezidentinin ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və əczaçılıq sahəsinin inkişaf etdirilməsi barədə tapşırığına uyğun olaraq dərman təchizatının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Məlum olduğu kimi Tarif (qiymət) Şurasının son iclasında yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətlərinin yuxarı həddi təsdiq edilib. Bir neçə ildir ki, Taarif Şurası tərəfindən dərmanların satış qiyməti üçün standart qiymət müəyyənləşib. Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin olunması məqsədilə bu addım atıldı. Çünki o dövrdə qiymət siyasəti sahibkarlar tərəfindən müstəqil formada müəyyənləşirdi və nəticədə dərman vasitələrinin qiymətində şişirmələr var idi. Bəzi dərman vasitələrində isə qiymətlər dəyərindən bir neçə dəfə artıq satılırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslər Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, müvafiq əlaqədar qurumlar tərəfindən vətəndaşların mənafeyinin qorunması üçün yeri mərhələ olaraq daha effektiv formalar üzərində də iş gedirdi. Cari il sentyabrın 15-də ölkəmizdə bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri yuxarı hədd səviyyəsində təsdiq edilməsi də məhz daha effektiv formaya keçid kimi dəyərləndirilə bilər. Belə ki, artıq dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. Əvvəlki dövrdə hər hansı bir dərman vasitəsinin qiyməti 15 manat olaraq təsdiqlənərdisə, bu, vahid qiymət hesab olunurdu. Həmin dərman bütün apteklərdə 15 manata satılmalı idi.

QHT sədri qeyd edib ki, yeni formatda sahibkarlar arasında rəqabətlilik bir qədər də artacaq. Onlar daha çox müştəri cəlb etmək üçün daha üçün qiymət siyasətinə keçid edəcəklər. Bununla da daha ucuz, lakin daha çox məhsul satmaqla sahibkar daha çox qazanc əldə etmək istəyəcəklər. Bundan başqa bu prosesdə obyektiv amillərdə də qiymətlərin ucuzlaşmasına şərait yaradacaq. Çünki elə apteklər var ki, onlar şəhərdən kənarda və yaxud rayon yerlərində olduğu üçün icarə qiymətləri və digər xərcləri az olduğu üçün qiymətdə daha aşağı hədd imkanlarından istifadə edə biləcəklər. Çünki çəkilən az xərc, eyni zamanda, məhsulun qiymətinə də təsir edir.

“Azərbaycan dövləti tərəfindən vətəndaşların sağlamlığının qorunması və tibbi xidmətin bütün əhali üçün əlçatanlığının və dayanıqlılığın təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son zamanlar icbari sığorta sistemin tətbiqi bu sahədə yeni imkanlar yaradıb. Dövlətimiz tərəfindən, eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır. Ümumilikdə əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi ilə idxaldan asılılığın azaldılması, istehsalın lokallaşdırılması məqsədilə yeni istehsal müəssisələri yaradılır. Bu sahədə yaxşı nümunələrin yaradılması üçün eləcə də qanunvericilik təkmilləşdirilir. Məhz əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə dövlətimizin başçısının Sərəncamı ilə Pirallahı Sənaye Parkı yaradılıb. Ümumi ərazisi 30 hektar olan Pirallahı Sənaye Parkında hazırda 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Sənaye Parkına 37 milyon manatadək investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Aparılan davamlı siyasət nəticəsində yaxın dövrdə əczaçılıq məhsullarına tələbatın yerli istehsal payı xeyli artacaq. Bu isə əczaçılıq məhsullarına tələbatın davamlı təminatına, idxaldan aşlılığa son qoymaqla yanaşı, ölkənin valyuta ehtiyatlarının qorunmasına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Ümumilikdə proses iqtisadi münasibətlərin inkişafına şərait yaratmaqla, xarici ölkələr ilə də iqtisadi əməkdaşlığın inkişafına kömək edəcək”, – deyə C.Hüseynzadə vurğulayıb.

Əvvəlki Yazı

Sumqayıtda ərin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanıb

Növbəti Yazı

Aydın Kərimov: Şuşada 1 saylı orta məktəb yaxın zamanda fəaliyyətə başlayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.