Avqust 1, 2025-17:40
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycana idxal qaydası dəyişdi

“Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası”nda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, humanitar məqsədlər üçün Azərbaycan Respublikasının ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığı gömrük orqanlarına təqdim etməlidirlər.

Dəyişikliyə qədər bununla bağlı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiya razılıq verməli idi.