Daha 5 itkin-şəhid dəfn ediləcək.
APA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib.
Şəhid Məmmədov Yusif Mirzəli oğlunun qalıqları Sumqayıt Şəhidlər xiyabanında, Rüstəmov Miriş Məhəmməd oğlunun qalıqları Ağcabədi şəhəri Şəhidlər xiyabanında, Məmmədov Muxtar Bayram oğlunun qalıqları Şərur şəhəri Şəhidlər xiyabanında, Abbasov Abuzər Tənzil oğlunun qalıqları Zərdab rayonu, Yuxarı Seyidlər kənd qəbiristanlığında, Ərzumanov Elşən İsaməddin oğlunun qalıqları Quba şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.